Axsaq Baqrat, səfeh Robert... - İrəvanda kilsə inqilabı olacaqmı?

11-05-2024, 09:24   






Ermənistanda kilsə üsyanını təşkil edənlər Krılovun təmsilindəki "qəhrəman"lardan daha komik görünürlər: onları  belə səciyyələndirmək olar - axsaq keşiş Baqrat, səfeh qoca Robert və qorxaq kaftar Manukyan. Hələ ki səhnədə daşnakçı Saqatelyan yoxdur. Qəribədir ki, Serjik də it-bat olub. II Qaregin isə Tavuş keşişini qabağa verib öz Eçmiədzindən çıxmır. Bu topal və qaragüruh adamlarla hara qədər getmək olar? Nikol o nöqteyi-nəzərdən arxayındır ki, alternativləri erməni xalqının gözündən düşmüş axmaqlardır. Təsəvvür edin ki, Tavuş bölgəsindən çıxıb İrəvana kimi gələsən və Respublika meydanında özünü xalqa mütərəqqi şəxs kimi sırımağa çalışasan... Nə vaxtdan kilsə gələcəyə işıq salan olub? Qandan gözü doymayan kilsənin bir keşişi dünyəvi ölkədə xalqın lideri olmağa can atır və Ermənistanı teokratik dövlətə çevrilməyə çağırır. Əslində, bu axsaq Baqrat Köçəryanın və Qareginin ovcundan su içən rəzil bir adamdır. Onun erməni xalqının nicatı olması gülməli görünür. O, necə inqilab edə bilər? Xalq belə avantüraya gedərmi? Paralel şəkildə isə müxalifət parlamentdə Nikolu impiçment etmək istəyir. Müxalifətin 36 səsə ehtiyacı var. Amma 1 səs çatmır. Hətta belə olsa Paşinyan istefa verməyəcək. Onun yaxşı xəbəri var ki, Rusiya kilsəni və revanşist müxalifəti təlimatlandırıb. Moskva görüşü Putin üçün qaneedici olmadı. Paşinyan İrəvana qayıdanda bilirdi ki, Kreml təzyiq gücünü artıracaq və iti dişləri arasında sıxmağa çalışacaq. İndi həmin vintləri sıxmaq üçün kilsə və müxalifət həmrəydir. Amma Paşinyan bu dəfə də üstün görünür. Əgər keşişlərə də qalib gəlsə, onda Ermənistanda rəqiblərini tamamilə sındırmış olacaq. O yaxşı bilir ki, keşiş Baqrat təsadüfi proje deyil, onu yeni fiqur kimi ortaya çıxarıblar və İrəvana gələrək orada mənzillənib, bazar gününə yeni mitinq anonsu verib. Deməli, dirijor çubuğu var və görünməyən əllər bu işi aparır. Onlar önə çıxmır, meydana gəlmir, Baqratın rəhbərliyi ilə prosesi sürətləndirir. Lakin Ermənistan keşiş inqilabı görməyəcək... 


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar