Samir Şərifovdan ilk AÇIQLAMA

Bu gün, 16:54   




Samir Şərifovdan ilk AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

 “Manset.az” in məlumatına görə, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar