Bu gün səhər saatlarından etibarən Ukrayna KİV-ləri və sosial şəbəkələrdə Slavyanskda hərbi əməliyyatlara yenidən start verildiyi yayılıb. Separatçılar “Slavyansk deystvuy” adlı qrupunda döyüşlərin şəhərin mərkəzində getdiyi yazılıb: “İri kalibrli pulemyotlardan açılan atəş səsləri və partlayışlar eşidilir. Hər kəsin diqqətinə!” Hücum başlanıb!! Döyüşlər şəhərin mərkəzinə keçib”, - deyə qrupda bildirilib. Separatçılar arasında ölən və yaralananların olduğu deyilir. Dörd nəfər ağır yaralı xəstəxanaya çatdırılıb. Separatçılar ölən şəxsin mülki vətəndaşın snayperdən açılan atəş nəticəsində həlak olduğunu iddia edirlər.