Bu sual Davudoğlunu Berlində çoşdurdu

12-01-2015, 20:31   
Bu sual Davudoğlunu Berlində çoşdurdu
"Bunu haqsız ittiham olaraq görürük. İŞİD-dən ən çox zərəri Türkiyə gördü".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə Berlində görüşü zamanı deyib.

Keçirilən ortaq mətbuat konfransı zamanı bir jurnalistin sualı Davudoğlunu qəzəbləndirib. "Türkiyə hökuməti İŞİD-ə qarşı daha çox tədbir görməyi düşünürmü?" sualı Davudoğlunun sərt reaksiyasına səbəb olub:

"Bunu haqsız ittiham olaraq görürük. İŞİD-dən ən çox zərəri Türkiyə gördü. Türkiyə qaçqın axınına məruz qalır. Hazırda ölkəmizdə 2 milyon qaçqın var. Biz sərhədlərimizi açırıqsa, terrorçuların keçidi üçün deyil, atası, anası öldürülən uşaqları və həyat yoldaşlarını itirənləri düşünərək bu addımı atırıq. Türkiyəyə hər il 35 milyon turist gəlir. Kəşfiyyat təşkilatları lazımdır ki, bu şəxsləri siyahıya alsın".

Davudoğlu Fransaya verilən dəstəyi Türkiyə üçün də gözlədiklərini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.