Şimali və Cənubi Koreya barışır – Şok

12-01-2015, 21:48   
Şimali və Cənubi Koreya barışır – Şok
Cənubi Koreyanın dövlət başçısı Pak Kin He Şimali Koreyadan olan həmkarı Kim Çen İn ilə müzakirələrə başlamağa hazır olduğunu bildirib.

Axar.az-ın məlumatına görə, bunu cənubi koreyalı prezident ölkəsində keçirdiyi mətbuat konfransında dilə gətirib. Eyni zamanda, xanım lider onu da bildirib ki, müzakirələrin baş tutması üçün Pxenyan qarşısında heç bir şərt qoymayacaq: ”İki ölkənin birləşməsi və xalqlarımızın sülh şəraitində yaşaması bizim arzumuzdur”.

Onu da qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn yeni il münasibəti ilə yayımladığı müraciətdə ölkəsinin Cənubi Koreya ilə danışıqlar aparmasının qarşısında heç bir maneənin olmadığını bildirib:

”Hazırkı şərtlər sülh danışıqlarının yüksək səviyyədə keçməsinə heç bir maneə törətmir. Ancaq Cənubi Koreyanın ABŞ-la hərbi təlimlərdə iştirak etməsi iki ölkə arasında münasibətlərin irəliləməsinə mane olacaq”.

Xatırladaq ki, iki ölkə arasında 2007-ci ildən bəri dövlət başçıları səviyyəsində görüşlər baş tutmayıb. Cənubi və Şimali Koreya liderlərinin bu ilin may ayında Rusiyaya dəvət edilməsi iki ölkə arasında danışıqların yeni mərhələyə qədəm qoyması kimi qələmə verilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.