Azərbaycanda jurnalistə hücumu kim sifariş edib?

13-01-2015, 11:21   
Azərbaycanda jurnalistə hücumu kim sifariş edib?«The Independent» Ilqar Nəsibovun döyülməsindən yazır

“The Independent” qəzeti Naxçıvandan hüquq müdafiəçisi və jurnalist Ilqar Nəsibova ötən ilin avqustunda edilmiş hücumdan yazır. Ilqar Nəsibov avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb, qabırğaları, burnu, almacıq sümükləri qırılıb, ona çoxsaylı xəsarətlər yetirilib.

Həkimlər jurnalistin üzünə 10-a yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. Hadisədə əli olanlardan birinə cinayət işi açılıb. Ötən ilin noyabrında Ilqar Nəsibov şikayətçi olduğu şəxsin peşman olduğunu nəzərə alaraq, onu bağışlamışdı.

Ilqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova qəzetə deyib:

“Əminik ki, bu hücum Naxçıvandakı fəaliyyətimizə görə planlaşdırılmışdı. Bundan əvvəl də bir neçə dəfə hücum olmuşdu. Ilqarı vurub qaçmışdılar, o, xəsarət almışdı. Mənə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən kimsə zəng edib ailəmi hədələmişdi”.


Azərbaycanın Londondakı səfirliyinin sözçüsü bəyanatında bildirib ki, ifadə azadlığı Konstitusiya ilə qorunan təməl insan haqları sırasındadır və peşə fəaliyyətinə görə hücuma məruz qaldığını deyən istənilən jurnalist məhkəməyə müraciət edə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.