“Rusiyanın ehtiyat fondunda 80 milyard dollar pulu var”.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.
O, dolların kursunun 70-80 rubla qədər bahalaşacağını bildirib:
“Brent markasının bareli 48 dollardan aşağıdır, dolların kursu isə 63,5 rubldur. Bu, nə deməkdir?
15 il ərzində Rusiyanın ilk dəfə olaraq heç bir büdcəsi yoxdur, daha doğrusu, sadəcə, rəsmi olaraq qəbul olunub. Belə olan halda hökumət nə etməlidir? Onun ehtiyat fondunda 80 milyard dollar pulu var və bunu zərəri qarşılamaq üçün kompensasiya etmək mümkündür. Hazırda isə pul çap eləməyə başlayacaq və bunu müntəzəm olaraq həyata keçirəcəklər. Bu 2015-ci ildə nəinki yüksək inflyasiya, eyni zamanda, sonrakı devalvasiyadır. 2014-cü ilə nisbətən bu il inflyasiya daha yüksək olacaq. Dolların kursunun 70-80 rubl olması isə qaçılmaz reallıqdır. Bəs bundan kim əziyyət çəkəcək? İlk növbədə regionlar. Bu isə tibb, təhsil və digər sahələr deməkdir. Belə olan təqdirdə Kremlin yalnız bir yolu var. Kreml neftin bahalaşması üçün gərək Allaha dua etsin”.