Ukraynanın Slavyansk şəhərində atışma davam edir. Atışma zamanı 8 ukraynalı hərbçi yaralanıb. Bu barədə Ukraynanın Unian agentliyi xəbər verir. Atışmanın Slavyanskdan İzyum şəhəri istiqamətində çıxışda yerləşən buraxılış-keçid məntəqəsi yaxınlığında getdiyi bildirilir. Rusiyayönümlü separatçılar həmin istiqamətdən hücuma keçdiyindən, Ukrayna güc strukturları əməliyyatın gedişatını dəyişməli olub.
Hazırda Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov və Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltorak Slavyansk şəhərindədir. Avakovun sözlərinə görə, qarşı tərəf irikalibrli artilleriyadan istifadə edir. Nazir həmçinin ukraynalı hərbçilərə hücum edənlərin arasında çeçenlərin də olduğunu iddia edir.
Ukrayna hərbçiləri artıq Slavyansk şəhərindəki teleqülləni Rusiya-yönümlü separatçılardan təmizləyib və Ukrayna telekanallarının yayımı bərpa edilib.
[media=http://www.youtube.com/watch?v=XfJFklp7Ez0]