Generalın qardaşına yeni vəzifə verildi

5-05-2014, 16:03   

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov təzə vəzifəyə təyinat alıb.

Səhiyyə Nazirliyindən verilən məlumatda bildirlib ki, Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim təyin olunub.

Fikrət Zeynalov bu yaxınlaradək Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Lakin 4 saylı şəhər Klinik Xəstəxanası bir müddət öncə səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq bağlandığından Fikrət Zeynalov işsiz idi.

Qeyd edək ki, Zeynalovların daha bir qardaşı yüksək vəzifədə çalışır. Bu, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur.

Hər üç qardaş uzun illərdir yüksək vəzifələrdə çalışırlar. Belə ki, general-mayor Ramiz Zeynalovun artıq 20 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Tofiq Zeynalov isə 7 ildir Tovuz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.