Ermənistanın milli qəhrəmanı Muşeq Xoyluntsla Laçının RİH başçısı Akif Səlimovu bağlayan tellər…
Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimovla bağlı SAVASH.ORG saytının redaksiyasına ölkə gündəminində böyük səs-küy yaradacaq şok informasiya daxil olub. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, Laçın rayonun icra başçısının ermənilərlə qohumluq əlaqələri var və həmin qohumluq əlaqəsinin olduqca maraqlı tarixçəsi mövcuddur.
Mənbəmiz bununla bağlı aşağıdakıları sözyləyir: "Hazırda Laçın rayonunun icra başçısı vəzifəsini tutan Akif Səlimov adı Muşeq olan Gorus ermənisi ilə bacanaqdır. Qeyd edim ki, bacanaqlar – Muşeq və Akif İslamov hələ SSRİ dövründə – 1972-74 cü illərdə Rusiyada birgə hərbi xidmətdə olublar. Hərbi xidmətdə olarkən Muşeq ilə Akif arasında səmimi münasibətlər yaranmış və sonradan həmin münasibətlər möhkəm dostluğa çevrilmişdir. Amma sonradan baş vermiş bir hadisə dostların eyni zamanda bacanaq olmasına da səbəb olub. Belə ki, hərbi xidmətlərini başa vurub vətənlərinə qayıdan dostlar Rusiyada çox nüfuzlu bir şəxsin qızlarına aşıq olurlar. Dostlar sözü bir yerə qoyaraq həmin vəzifəli şəxsin qızlarını qaçıraraq onlarla ailə həyatı qurur və beləcə həm də bacanaq olurlar”.
Mənbəmiz daha sonra vurğulayır ki, onların bu evlilikləri sonradan hər ikisinin – birinin Ermənistanda, digərinin isə Azərbaycanda vəzifə tutmalarına öz töhfəsini vermiş olur. Belə ki, Akif Səlimov Laçın rayonu işğal olunan günə qədər laçın Rayon Polis İdarəsinin rəisi, bacanağı Muşeq isə Ermənistanın Gorus rayonun polis rəisi vəzifələrində olublar. Həmin vaxta qədər bacanaqların tez-tez görüşdüyü haqda informasiyalar da dolaşır.
Laçın icra başçısının erməni bacanağı Muşeq Xoyluntsla bağlı əldə etdiyimiz daha bir xəbər isə daha ilgincdir. Həmin məlumatda iddia olunur ki, Akif Səlimovun erməni bacanağı Muşeq Xoylunts erməni təcavüzkar qüvvələrinin Laçına hücumuna birbaşa rəhbərlik edib. Elə bu fəaliyyətinə görə Akif Səlimovun bacanağına Ermənistanın milli qəhrəmanı adı verilib.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.