Bu gecə rus qoşunlarının Ukraynaya yeridiləcəyi gözlənilir. Belə bir iddia ilə Ukraynanın “Azadlıq” Partiyasının üzvü, Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yuri Sirotyuk Tvitter səhifəsində yazıb. “Məlumat var ki, saat 19:00-da Rusiya ordusu Antraçit tərəfdən Ukrayna ərazisinə daxil olacaqlar. Həmin ərazidə sərhəd təmizlənib, rus silahlı kazaklar kütləvi şəkildə yerləşdiriliblər”, - deyə Sirotyuk yazıb. Bir müddət əvvəl Sirotyuk bildirmişdi ki, Luqansk vilayətinin Antraçitov rayonunun administrasiya rəhbəri şəhərin idarəçiliyini kazaklara verib.