Mayın 5-də Bakı Apellyasiya Məhkəməsi ilahiyyatçı alim Taleh Bağırazadənin şikayətinə baxıb. Vəkil Cavad Cavadlı vəsatət qaldıraraq Sabunçu rayon məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Taleh Bağırzadə öz çıxışında həbsinin qurama olduğunu bildirib:
“Bu işlər hakimiyyətin qurmasıdır. Azərbaycan məhkəməsində ədalət olmadığı üçün heç bir tələbim yoxdur. Hazırda hakimiyyət xalqın iradəsi ilə üz-üzədir. Günahkarlar çöldə, günahsızlar isə içəridədir”.
Apellyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin ötən ilin noyabrında Taleh Bağırzadə haqqında çıxardığı 2 illik həbs qərarını qüvvədə saxlayıb.
Taleh Bağırzadə ötən il martın 31-də həbs edilib. O, qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Özü ittihamı qəbul etmir, hakimiyyəti pislədiyi üçün həbs edildiyini bildirir.