Türkiyənin Adana şəhərində azərbaycanlı iki qadını “uşaq baxıcısı axtarılır və yüksək maaş verilir” vədilə aldadıb Türkiyəyə gətirən və fahişəliyə cəlb edən biri qadın olmaqla dörd nəfər saxlanılıb.
Adana polisi 6 ay ərzində dəstəni izləyib, Ankara, Çankırı və Adanada eyni zamanda əməliyyat keçirərək dəstəni yaxalayıb. Fahişəliyə cəlb edilən ikisi azərbaycanlı olmaqla üç qadın da həmçinin Adana Polis Təşkilatı Əxlaq bürosuna gətirib.
Əməliyyat zamanı bəlli olub ki, dəstə maddi vəziyyəti ağır olan qadınları internet vasitəsilə tapıb və onları iş adı ilə aldadaraq Türkiyəyə gəlməklərini təmin edib. “Türkiyədə uşaq baxıcılığı işində yaxşı maaş verilir” deyərək qadınlara təyyarə bileti üçün pul göndərən dəstə N.B., ilə B.H. adlı qadınları Türkiyəyə gətirib, daha sonra gecəsi 150-350 liraya fahişəliyə cəlb edib.
Azərbaycanlı B.H polisə ifadə verərkən bildirib ki, Azərbaycanda çox ağır vəziyyətdə yaşayıb. “Uşağım xəstə olduğu üçün bura pul qazanmağa gəldim. Mənə uşağa baxacaqsan demişdilər. Fahişəliyə əvvəlcə razı olmadım ancaq məcbur olduğum üçün razılaşdım”.
Dəstə üzvləri məhkəməyə çıxarılıb üç nəfər həbs olunub, bir nəfər isə sərbəst buraxılıb. .azadliq.info