Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi avtomobillərinin siyahısı ortaya çıxıb.
Kadırovun ixtiyarında 50-dən çox avtomobil var.
Onların arasında 2 ədəd "BMV 530i”, 9 ədəd "Porşe Kayen”, 2 ədəd "Mersedes Benz S-klass” və 8 ədəd "Leksus LX470” avtomobilləri üstünlük təşkil edir.
Bundan başqa çeçen lider qiyməti təxminən 1 milyon avro qiyməti olan "Lamborcini Reventon” avtomobilinə sahibdir.
Kadırov daha 30 avtomobilə sahibdir ki, onların da əksəriyyəti "BMV” və "Mersedes”lərin birləşdirilməsindən yığılan avtomobillərdir.
Ramzan Kadırovun təkcə kortejinin qiyməti 2 milyon avroya bərabərdir.
movqe.az