Prezident olmaq istəyən sarışın gözəl FOTO

19-01-2015, 20:25   

Dünya bu qadından danışır

Polşa dünyanın ən gözəl prezidentinə sahib ola bilər. Ölkənin solçuları daha çox səs qazana bilmək üçün maraqlı addım atıblar. SLD partiyası sarışın və cazibədar xanım namizəd irəli sürüb. Maqdalena Oqorek gözəlliyi ilə rəqiblərini indidən kölgədə qoya bilib.

35 yaşlı Maqdalenanın tarix üzrə elmi dərəcəsi var və bir neçə kitabın müəllifidir.

Polşalılar daha öncə aparıcılıq və serial oyunculuğu ilə də məşğul olan Maqdalenanı yaxından izləyir. Sarışın gözəlin idarəçiliklə bağlı heç bir təcrübəsi yoxdur.

Əvvəlcə liberal demokratik partiyanın namizədinin zarafat olduğu hesab edilib. Lakin sonradan qadının namizədliyi rəsmi şəkildə elan edilib.

İddialara görə, partiya sarışın gözəlin namizədliyini sırf daha çox səs toplamaq üçün irəli sürüb.

İndi demək olar ki, hamı siyasətdən çox Maqdalenanın gözəlliyindən danışır. O, nəinki Polşa, hətta dünyanın da gündəminə düşə bilib (ans press).





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar