“Bentley”dən ən bahalı yolsuzluq avtomobili – FOTO + VİDEO
23-01-2015, 00:46
Şirkət artıq 4000-dən çox ilkin sifariş alıb.
Lüks markalı avtomobillərin istehsalı üzrə ixtisaslaşmış “Bentley” avtomobil konserni vaxtilə “Porsche”nin etdiyi kimi bazara ilk yolsuzluq maşınları seriyasını çıxarmaq fikrindədir.
Oxu.Az xəbər verir ki, ən zəngin insanların hərəkət vasitəsinin nümayişi bu ilin sonunda baş verəcək.
Ən çətin yol örtüyü qarşısında belə mat qalmayan “Bentley” ailəsinin nümayəndəsinin sahibi olma imkanı isə 2016-cı ildə əldə ediləcək.
Şirkətin rəsmi saytında tizeri peyda olan model “Bentayga” adını Kanar adalarının qayalıq yerlərinin şərəfinə alıb (oradakı qayaların birində qurban vermə məkanı olan – Roke Bentayqa). Modelin ilkin anonsuna baxmayaraq güc aqreqatının və digər texniki xarakteristikasının təfərrüatları açıqlanmasa da, “Bentley”in prezidenti şirkətin artıq 4000-dən çox ilkin sifariş aldığını qeyd edib.
Texniki parametrlərə gəldikdə isə “Bentley” EXP 9 F yolsuzluq avtomobili 600 a.g.-də 6 l həcmli V12 mühərriklə təchiz ediləcək. Bentley Bentayga-nın qiyməti hələ ki açıqlanmayıb, amma bəzi mənbələr 200 min dollara meyillidirlər.
Dürhaymerin özü isə qeyd edib ki, yolsuzluq avtomobili üçün modifikasiyalar nəzərdə tutulacaq, qiymət isə 350 min dollardan artıq olacaq.