Rusiyada təbiət qoruğunda baş verən hadisənin "qəhramanı" ayıdır. Bu ayı son günlər sosial şəbəkənin yeni qəhrəmanına çevrilib.
Şəbəkə istifadəçiləri “YouTube”da qaşınan ayının videosunu yerləşdirdikdən sonra o baxılma rekordu vurur.
Rusiya təbiət qoruğunun işçiləri bu heyvana “qaşınan ayı” ləqəbini verib. Əməkdaşlar park ərazisində ağaca söykənərək kürəyini qaşıyan ayını çəkib.
Kadrlarda görünür ki, ayı ağacın yanında dolaşır və birdən sanki rəqs edərək ağaca söykənir.
ANS PRESS həmin görüntüləri sizə təqdim edir.