Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski rublda dalğalanmanın qarşısını almaq üçün Sovet dövründə tətbiq olunan varianta qayıtmağı məsləhət görüb. Axar.az xəbər verir ki, partiya sədri dolların 65 qəpik olmasını təklif edib: “Bu gün dollar 70 rublda dayandı. Sovet dövründə olduğu kimi, dolları 65 qəpikdə saxlayaq. Hər şey gözəl olacaq ...” Ölkə xaricinə pul çıxışı ilə əlaqədar məhdudiyyətlərin və qadağaların tətbiq olunmasını təklif edən Jirinovski Vaşinqtonun iqtisadi böhran yaradaraq Rusiyanı III Dünya müharibəsinə təhrik etdiyini irəli sürüb. Xatırladaq ki, o, partiyasının internet səhifəsində ABŞ-ın Birinci Dünya müharibəsindən 40 il əvvəl 3 dünya müharibəsi planlaşdırdığını, məqsədin də Rusiyanı yox etmək olduğunu iddia etmişdi.