Rusiya strateji istiqamətlərdə öz qüvvələrini gücləndirəcək. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu çıxış edib. O, Silahlı Qüvvələrin bu il hansı müasir silahlarla təchiz ediləcəyinin də dəqiləşdiyini bildirib. Qeyd edək ki, rus hərbi ekspertlər hazırkı şəraitdə Rusiya üçün mühüm əhəmiyyət kəsb edən istiqamətlərin Baltikyanı ölkələr və Ukrayna ilə sərhəd olduğunu deyirlər. Ekspertlər strateji əhəmiyyətli yerlər sırasına Cənubi Qafqaz istiqamətinin də daxil olduğunu söyləyirlər.