Xankəndi İrəvan savaşı başlayır

2-02-2015, 16:53   
Xankəndi İrəvan savaşı başlayır
Erməni siyasətəçilər artıq bununla bağlı addımlar atmağa başlayıb
Ermənistanda baş verən son hadisələr yaxın perspektivdə “Qarabağ” klanının hakimiyyətdən gedəcəyini, İrəvanla Xankəndi arasında qarşıdurma yaranacağını düşünməyə əsas verir.

ANS PRESS-in məlumatına görə, müxtəlif erməni siyasətəçilər artıq bununla bağlı addımlar atmağa başlayıblar. Məsələn, “İrs” partiyasının lideri Raffi Ovannisyan Serj Sarkisyanı istefa verməyə çağırıb və daha sonra Azərbaycanın işğal edilmiş ərazilərini hüquqi səviyyədə ilhaq etməyə, özü demişkən “vahid Ermənistan"ın ilk prezidentini seçməyə çağırıb.

Politoloq İqor Muradyan isə Ermənistanın qərb cəmiyyətinə inteqrasiyası ilə əlaqələndirir. Onun fikrincə, bu, indiki rəhbərliyin hakimiyyətdən getməsi ilə nəticələnəcək. “Onların arxasında yalnız Rusiya var”, - deyə politoloq vurğulayır.

Politoloqun fikrincə, “Qarabağ” klanı həmin günə hazırlaşır və çıxış yolunu Qarabağa Rusiya ordusunun yeridilməsində görür: “Qarabağa yeni öhdəliyi var, oranın rəhbərliyinin də bu barədə təsəvvürü azdır, İrəvandan onlara heç nə bildirmirlər - Qarabağa Rusiya qoşunları yeridiləcək”, - deyə Muradyan bildirib.

Rusiya Ermənistandan çıxdıqdan sonra, yəqin ki, Qarabağdakı rejimlə İrəvan arasında düşmənçilik başlayacaq. Onda Xankəndi rejiminin yenidən Azərbaycanın yuridiksiyasını qəbul etməkdən başqa yolu qalmayacaq. Hər halda, 60 min (bəzi hesablamalara görə 40 min) adamın yaşadığı kiçik bir ərazi qlobal hüquq sistemi ilə qarşıdurmaya getməyəcək, getsə tarixdən silinəcək.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar