Pariklər qadınların ən çox sevdiyi aksesuarlardandır. Bunun sayəsində bir anda fərqli forma və düzümdə saçlara sahib olmaq mümkündür.
Bəs rəngarəng və cəlbedici pariklərin necə hazırlandığını bilirsiniz? ANS PRESS-in məlumatına görə, Ümumdünya Ticarət Təşkilatının (WTO) hesabatlarına görə, 2012-ci ildə tük, dəri və saç ticarətinin 75 faizi Çində reallaşdırılır.
Çin demək olar ki, dünyanın hər yerinə parik ixrac edir.
Əvvəlcə toplanan saçlar fabriklərə satılır. Saçlar öncə dezinfeksiya edilir. Sonra buxarlı su fırçalarında saçlar kürıklə qarışdırılır. Sobada qurudulmamışdan öncə isə boyanırlar. Çox pis şəraitdə hazırlanan saçlar elə şəraitsiz məkanlardada daranaraq tikilir.