Əlini kəsdi, skamyada qoydu və getdi

3-02-2015, 22:26   
Əlini kəsdi, skamyada qoydu və getdi

Çində onlayn oyunlardan asılı vəziyyətə düşən və oynamaqdan heç cür vaz keçə bilməyən 19 yaşlı gənc problemi əlini kəsməklə həll etməyə çalışıb.

ANS PRESS-in məlumatına görə, adı açıqlanmayan gənc sol əlini biləyindən kəsdikdən sonra taksiyə minərək xəstəxanaya gedib. Gənc xəstəxanaya gələrkən kəsdiyi əlini skamyada qoyub.

Hadisə yerinə gələn həkimlər gəncin əlini tapıblar və tikməyi bacarıblar.

Qeyd edək ki, Çində 24 milyon insan internet asılılığından əziyyət çəkir. Onlara yardım etmək məqsədilə reabilitasiya mərkəzləri yaradılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar