Ermənistanda əhalinin çoxunun üzərində çoxdan kobud, vəhşi və pozğun zorlama əməliyyatı həyata keçirilir.
ANS PRESS-in məlumatına görə, bu sözləri erməni jurnalist Qalust Qriqoryan Laçında Qarabağ erməniləri ilə İrəvandan gələn yürüş iştirakçıları arasında baş vermiş toqquşmanı şərh edən “Zorlayan və zorlananlar” adlı məqaləsində bildirir.
“Zorlama mütəmadi həyata keçirilir, hər şey real vaxt rejimində, necə deyərlər, realiti-şou formasında nümayiş etdirilir”, - deyə bildirən jurnalist ölkə lideri Serji Sarkisyanı 100-ə yaxın qadını narkotiklə yatıraraq zorlamış 54 yaşlı yapon manyak Xideoki Noquçiyə bənzədib.
“Bizdə cəmiyyət bu məsələ ilə bağlı susur. Zorlayanlara da düşünür ki, onların pozğunluğu xalqa ləzzət verir. Bu, məhz belədir. Biz özümüz onları pozğunluğa yönəldirik. Susmağımızla..”,- deyə Qalust Qriqoryan vurğulayıb.