Adı insan alverində hallanan Mehriban Zeynalova danışdı

4-02-2015, 13:40   
Adı insan alverində hallanan Mehriban Zeynalova danışdı
Adı insan alveri ilə bağlı məsələdə hallanan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Aznews.az saytını məhkəməyə verəcək.

Bunu musavat.com-a açıqlamasında QHT sədrinin özü bildirib. O, bu məsələ haqqında heç bir şərh verməyəcəyini və saytı məhkəməyə verəcəyini qeyd etdi.

Qeyd edək ki, Aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı xəbər Filippin vətəndaşı Lianto Fe Diaz adlı qadının ittihamlarına əsaslanır.

Saytın verdiyi məlumata görə, 2012-ci ildə Aynur Mehdiyeva tərəfindən dayəlik etməsi adı ilə Bakıya gətirilən qadın sonradan istismara və zorakılığa məruz qalıb. Bu haqda Lianto Fe Diaz özü Aznews.az-a məlumat verib.
/musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar