Dünya "2008-ci ildəkindən də betər" böhrana gedir. Bu barədə Çinin reytinq agentliyi "Dagong"un prezidenti Quan Tsyançjun deyib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, çinli analitin gözlənilən böhran haqqında danışarkən deyib:
*Mən hesab edirəm ki, yaxın bir neçə il ərzində yeni dünyəvi maliyyə böhranı ilə üzləşməli olacağıq. Böhranın vaxtını dəqiq proqnozlaşdırmaq çətindir, ancaq onun bütün əlamətləri göz önündədir - ABŞ, AB, Çin və bir sıra ölkələrin qeyri-sabit iqtisadi inkişafı, borc həcminin artması və s. 2008-ci ərəfəsində olduğundan da betər olacaq".
Quan Tsyançjun deyib ki, yeni böhran ABŞ və AB ölkələrindən başlayan kreditləşdirmə amili ilə bağlı olacaq və bunun altını bütün dünya çəkəcək.
Müsavat.com