Ermənistana qaçmış azərbaycanlı ailəsi bu ölkəni tərk edib. Report.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan bildirib. Erməni məmur onların getdiyi üçüncü dövlətin adını açıqlamayıb. Xatırladaq ki, Azərbaycan vətəndaşları Cavid Orucov və həyat yoldaşı Röya Mirzəyeva 2014-cü il yanvarın 29-da Ermənistana keçib.