Rubl ucuzlaşdı: Gərginlik davam edir

5-02-2015, 12:59   
Rubl ucuzlaşdı: Gərginlik davam edir
Moskva birjası rus rublunun dollar və avroya olan məzənnəsini açıqlayıb.

Axar.az xəbər verir ki, bu gün səhərə olan məlumata görə, dolların kursu 68.87 rubl, avro isə 78.2 rubl təşkil edib.

Qeyd edək ki, dünən Moskva birjasında dollar kəskin ucuzlaşaraq 64.55 rubl olmuşdu. Rusiya Mərkəzi Bankı da bu gün üçün dolların satış kursunu 65.44 rubl olaraq müəyyənləşdirmişdi. Lakin bu gün neftin qiymətinin ucuzlaşması Moskva birjasında rublun dollar və avro qarşısında dəyərdən düşməsinə səbəb olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar