“İordaniyalı pilotun diri-diri yandırılmasının pərdə arxasında Səddamın sabiq müavini İzzət Əl-Duri dayanır”. Axar.az xəbər verir ki, bu barədə İordaniyanın radikal sələfi liderlərindən Əbu Siyaf ləqəbli Məhəmməd Əl-Şəlbi açıqlama verib. O, BƏƏS zabitlərinin İŞİD-in məşvərət şurasında yüksək vəzifədə olduqlarını bildirib. Qeyd edək ki, Məhəmməd Əl-Şəlbi Suriyadakı bəzi terror qruplaşmalarını himayə edir. Xatırladaq ki, İŞİD iordaniyalı pilot Muaz Əl-Kəsasibəni diri-diri yandıraraq öldürüb.