NATO-nun çevik qüvvələrinin tərkibindəki yüksək hazırlıqlı bölmələr xidmətlərini öz ölkələrində keçirəcəklər. Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə NATO hərbi strukturunun nümayəndəsi danışıb. Bu gün NATO üzv ölkələrin müdafiə nazirləri yüksək hazırlıqlı qrupların yaradılması qaydaları və tərkibi haqqında qərar qəbul ediblər. O, təxminən beş min əsgərin daxil olduğu quru qoşun briqadalarından ibarət olacaq və hava, hərbi dəniz və xüsusi bölmələr tərəfindən dəstəklənəcək. “Bu, harayasa əsaslanan bölmələr olmayacaq. Bu nə deməkdir? Məsələn, Almaniya deyir ki, onlar yüksək hazırlıqlı qüvvələrin böyük hissəsini təqdim edəcəklər. Bu qüvvələr Almaniyada qalacaq, ancaq onlar çox çevik hərəkət edərək başqa yerə keçə bilərlər. Yüksək hazırlıq elementləri – 48 saat, digərləri isə bir həftə ərzində”, - deyə adının çəkilməsini istəməyən Alyans nümayəndəsi bildirib. “Onlar yüksək hazırlıqlı qüvvələrin tərkibinə qəbul edilənədək çoxlu təlimlər keçəcəklər və hətta tərkibdə olarkən də təlimləri davam etdirəcəklər” – deyə o, əlavə edib.