Peşmərgə qüvvələri Mosulu azad etmək üçün genişmiqyaslı hücuma keçib.
Axar.az Rudav-a istinadən bildirir ki, əməliyyatlar bu gün səhər saatlarından etibarən başlayıb.
Peşmərgə komandirlərinin verdiyi məlumata görə, saat 07:00-dən başlayaraq bölgəyə üç istiqamətdən hücum olub. Əldə olunan məlumata görə, koalisiya qüvvələrinin hava dəstəyindən sonra terrorçular çox sayda itki verərək geri çəkilməyə məcbur olub.
Xatırladaq ki, hazırda davam edən əməliyyat Mosulun 35 kilometrliyində gedir.