Böyük savaş xəbərdarlığı

7-02-2015, 18:40   
Böyük savaş xəbərdarlığı
Əgər bu da bir nəticə verməsə böyük müharibə istina edilmir
Ukrayna münaqişəsi üzrə uzunmüddətli danışıqlar əldə olunmasa, regionda müharibə qaçılmazdır.

ANS PRESS-in məlumatına görə, belə bir bəyanatla Fransa prezidenti Fransua Ollland çıxış edib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi üzrə sülhün əldə edilməsi üçün Fransa və Almaniyanın birlikdə səylərini artırması sonuncu şansdır. Əgər bu da bir nəticə verməsə böyük müharibə istina edilmir.

"Ukrayna ssenarisinin ən pis halda nə ilə nəticələnəciyini biz çox yaxşı bilirik. Bunun adı müharibədir", - deyə Olland bildirib.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya və Fransa prezidentləri Vladimir Putin, Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında üçtərəfli görüş keçirilib. Bağlı qapılar arxasında 4 saat müzakirələr aparılsa da mətbuata heç bir açıqlama verilməyib. Yalnız Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Fransa və Almaniya Minsk danışıqlarının implementasiyası üzrə sənədin mətnini hazırlayırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar