Türkiyə Bankçılıq Tənzimləməsi və Nəzarət Qurumunun (BDDK) haqqında araşdırma başlatdığı “Bank Asya” ilə bağlı maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, bankın imtiyazlı şərikləri arasında ev xanımı ilə yanaşı, imam da, vəzifəli məmur da var.
Bankın ortaqları arasında ən çox diqqət çəkən isimlər isə Ənvər Özərən və qardaşı Rafət Özərəndir. Ənvər Özərən Azərbaycan oxucusuna tanış simadır. O, Gülən qrupunun Azərbaycandakı məktəblərinin rəhbəriydi. Rafət Özərən isə Burdurda məmurdur.
“Bank Asya”dakı “müəmmalı şəriklər” arasında fərli bir işi olmadığı halda, əlində “A” kateqoriyalı səhmləri olan C.K., L.A., O.C.P kimi adlar da diqqət çəkir. Vəziyyətləri bankçılıq fəaliyyətinə zidd olan bu “xüsusi” ortaqların banklardan asanlıqla kredit götürmək imtiyazları var.
“Bank Asya”nın 2008-ci ilə qədər ortaqların və pay sayının yer aldığı izhatnamələr hazırladığı dönəmlərdə BDDK 238 həqiqi və gizli üzvün olduğu imtiyazılı “A” qrupu barədə də araşdırma aparıb.