Türkiyədə yeni dalğa: 21 polis zabiti həbs edildi

8-02-2015, 18:03   

Türkiyədə hökumət üzvlərinin telefonunun qanunsuz olaraq dinlənilməsi işi ilə bağlı növbəti həbs dalğası başlayıb.

Axar.az xəbər verir ki, bu gün qardaş ölkədə İstanbul Prokurorluğu 21 polis zabitinin həbsi barədə sanksiya verib. Onlar qanunsuz olaraq Türkiyə Prezidenti Ərdoğan, kəşfiyyat rəhbəri Hakan Fidan və digər rəsmiləri dinləməkdə şübhəli bilinir.

Xatırladaq ki, 2013-cü il 17 dekabr olayı ilə başlanan və “Xidmət” hərəkatına bağlı qüvvələrin həyata keçirdiyi əməliyyatdan sonra Gülən-Ərdoğan savaşı açıq müstəviyə keçib. Türkiyədə “paralel yapı”ya bağlı və dövlətin içinə sızmış şəxslərin aşkara çıxarılması və həbsi hələ də davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar