Moskvada uşaqlara təcavüz edən seksual manyak saxlanılıb.
ABS PRESS-in məlumatına görə, 1964-cü il təvəllüdlü manyak Lipeçkaya, Smolensk və digər vilayətlərdə qız uşaqlarını zorlayıb.
Moskva polisi onu həbs edib. İstintaq zamanı məlum olub ki, seksual manyak əsasən 12-15 yaşlarında olan qız uşaqlarına təcavüz edirmiş.
"Araşdırmalar zamanı şübhəli şəxsdə həmin cinayətlərin törədilməsində iştirakını sübuta yetirən bioloji dəlillər aşkarlanıb", - deyə polisin açıqlamasında bildirilir.
Faktla bağlı cinayət işi açılıb.