Ermənistanda klan davası (VİDEO)

8-02-2015, 22:50   
Ermənistanda klan davası (VİDEO)

Ermənistan erməniləri ilə Dağlıq Qarbağda məskunlaşan ermənilərin bu həftə baş verən qarşıdurması onlar istəməsələr belə nəyə qadir olduqlarını ortaya qoydu. İrəvan erməniləri ilə Qarbağda məskunlaşan ermənilərin bir-birini bəyənmədikləri bir daha gözlər önünə sərildi. Son hadisə isə göstərdi ki, söhbət təkcə bəyənməkdən getmir. Söhbət həm də göz qorxutmaqdan gedir. Hadisələr Qarabağın həqiqətən də nəzarətsiz zonaya çevirildiyinin aynası oldu.

Ötən həftə Azərbaycanın işğal olumuş rayonlarından biri Laçında baş verənlər erməni xislətini ortaya qoymuş oldu. İrəvandan gələn ermənilərin Laçına buraxılmaması, şil-küt olunub geri qayıtmağa məcbur edilməsi bəzi mətləblərin üstünü açdı. Əvvəla indiyədək qondarma rejim beynəlxalq reytinqlərdə demokratiyaya, insan haqları, media azadlığı və daha nəyə görə guya Azərbaycandan yuxarı sırada göstərilirdi. Bu da mənzərə. Döyülənlər Təsis Parlamenti adlanan müxalifətçilər idi, döyülənlər qadınlar, uşaqlar idi, döyülənlər çəkiliş aparılması icazə verilməyən media nümayəndələri, kamerası sındırılan jurnalistlər idi. Və nəhayət döyən də döyülən də erməni idi. Bir-birini həzm edə bilməyən İrəvan və Qarabağ erməniləri.

Əvvəla qanlı toqquşma, ermənilərin bir-birinə silahlı hücum etməsi onu göstərdi ki, qondarma rejimi vəhşi silahlı qruplar idarə edir. Onlara Ermənistandan gələnləri qorxutmaq tapşırığı verilib. Belə olmasaydı avtomobil karvanını polisdən əlavə yüksəkliklərdəki silahlılar, əli dəyənəkli xüsusi təyinatlı dəstələr, maskalı şəxslər qarşılamazdı. Onlar əmri icra etdilər. İçərisində azyaşlılar, 3 jurnalist olmaqla 20 nəfəri yaraladılar, 15 avtomobil yararsız hala salındı.

Bəs erməninin erməni qana bulaması kimə lazım idi? Hər halda yürüşdə iştirak edən 160 erməni müxalifi Qarabağda inqilab edəsi halda nə də gücdə deyildi. Aksiyanın şüarı da Qondarma soyqırım məsələsi idi. Lakin göründüyü kimi ermənilər ümumerməni dərdinə acımaq üçün də bir araya gələ bilmədilər. Qondarma rejimin ehtiyat etdiyi əssas məsələ, onun havadarları rusların əleyhinə çıxışlar ola bilərdi. Ona görə də bu istək Laçın koridorundaca güc yolu ilə boğuldu. Çünki müharibədə hər gün itkilər verən və bunu ictimaiyyətdən gizlədən, qarışıq məlumatlar çatdıran rejim ən həssas məsələlərdən belə qorumaq tapşırığı alıb.

Yürüş iştirakçılarından Qarabağ komitəsi üzvünün də etirafı diqqət çəkir. İqor Muradyan qondarma rejimin medalı geri qaytarır və deyir - Dağlıq Qarabağ heç vaxt dövlət olmayıb və olmayacaq, onlar Rusiyanın maraqlarına xidmət etmək, böyük qardaşa loyal görünməyə cəhd edirlər. Dağlıq Qarabağ erməni zonası deyil, Rus zonasıdır.

Dağlıq Qarabağı rusların nəzarətdə saxlaması xəbəri yeni deyil. Qarabağ erməniləri öz gələcəklərini günü-gündən iqtisadi tənəzzül keçirən Ermənistanla görmək arzusunda da deyillər. Hələlik onlar ruslara yarımaq istəyirlər. İndiki halda Rusiyanın öz problemlərinin olduğu bir vaxtda, Qarabağ erməniləri başqa variantı dəyərləndirə bilərlər. Ermənistanda da Qarabağ ermənilərinin Rusiya iştahını bilməmiş deyillər. İrəvan ermənilərinə Laçında edilən hücumdan sonra Gümrüdə bir ailəni yer üzündən silmiş Permyakovun Moskvadan tələbi də elə-belə deyildi.

Laçındakı hücumdan sonra Ermənistan hakmiyyəti müxalifətin sərt tənqidinə tuş gəldi. Hər kəs açıqlama gözləyir - əslində nə baş verir.

Bu toqquşmalar həm də onu göstərdi ki, vəhşi silahlı qruplaşmalar Qarabağda zona yaradıblar. Qondarma rejmini bəyanatında baş verənlərlə bağlı deyilir. Təşviqat avtoyürüşü Dağlıq Qarabağda geniş ictimai dairələrdə mənfi reaksiya doğurub və əhalinin əksər hissəsi yürüş iştirakçılarının Qarabağa daxil olmasının qarşısını almaq qərarına gəlib. Deməli yürüş iştirakçıları Xankədinə getsəydi, orda məskunlaşdırılan ermənilərlə əlbəyaxa olacaqdı.

İrəvan erməniləri həm gördülər ki, onlara Qarabağda da yer yoxdu. Qarabağa nəzarət edənlər kriminal qruplardı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar