İsrailin Israel Aerospace Industries korporasiyası hava taksiləri sistemi olan unikal SkyTran nəqliyyat sisteminin sınağına hazırlaşır.
SkyTran sistemi modeli 2015-ci ilin sonuna Tel-Əvivdə istismara veriləcək.
Sistem iki nəfərlik kabinanın maqnit lavitasiyası prinsipi ilə hərəkət edəcək monorelsdən ibarətdir. Taksini smartfon yaxud planşetdəki xüsusi proqram vasitəsilə çağırmaq mümkün olacaq. Bu nəqliyyat vasitəsi saatda 240 km sürətlə hərəkət edəcək.
azadlıq.info