ABŞ Konqresi Quantanamo həbsxanasının IŞİD-in ilham mənbəyi olduğu qənaitinə gəlib. ABŞ Konqresinin müşahidələrinə görə, Quantanamoda saxlanılan 11 sentyabr şübhəliləri də narıncı geymindən istifadə edir. Bu səbəbdən ABŞ səlahiyyətliləri düşünür ki, IŞİD-in barbarca öldürdüyü girovlara narınçı paltarların geyindirilməsi təsadüfü ola bilməz. Senatın Silahlı Qüvvələr Komissiyasına ifadə verən Müdafiə Nazirliyinin müşaviri Brian McKeon da, Quantanamo həbsxanasının dünyanın ən mərhəmətsiz terrorçularına ilham verən bir dəlil olduğunu bildirib. McKeona görə, bir çox insanlar da narıncı geyimin Quantanamo həbsxanasının rəmzi olduğunu düşünür. ABŞ prezidenti Barak Obama isə bu həbs xananın yarandığı gündən ABŞ-na zərər verdyini, müttəfiqlərlə münasibətlərin korlanmasına xidmət etdini düşünür. Ümumilikdə isə ABŞ hökuməti bu həbsxananın bağlanmasını zəruri sayır.
azadliq.info