Peşmərgə qüvvələri ilə İraq təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində 8 İŞİD üzvü əsir götürülüb. Axar.az Rudav-a istinadən xəbər verir ki, əməliyyat İraqın Diyala vilayətində reallaşıb. Peşmərgə qüvvələrindən verilən məlumata görə, tutulan terrorçulardan 4-ü İŞİD əmiridir. Əsirlərin dindirildiyi bildirilir.