Rusiya Prezidenti Vladimir Putini iblisləşdirməkdən əl çəkməli və hər şeyə ayıq gözlə baxılmalıdır. Axar.az xəbər verir ki, bunu amerikalı professor Stiven Koen CNN efirində deyib. Onun sözlərinə görə, Rusiya və ABŞ yeni soyuq müharibə şəraitindədir: “Bu müharibə gələcəkdə daha təhlükəli ola bilər, çünki bu soyuq müharibənin mərkəzi Rusiya sərhədindədir – Berlində deyil, Ukraynadadır. Amerikalılar kimi rus xalqı da müharibə aparmaq arzusunda deyil”. Koen Henri Kissincerin ötən ilin martında söyədiyi sözləri sitat gətirib: “Putinin iblisləşdirilməsi – siyasət deyil, əksinə, onun olmamasının bəraətidir və bu cür yanaşma yaranmış vəziyyətdə kimin günahkar olduğuna dair istənilən ağıllı qiymətləndirməni alt-üst edir”.