ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Anqela Merkellə görüşüb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Obama Rusiya ilə bağlı maraqlı mesajlar verib, Rusiya-Ukrayna münasibətləri barədə danışıb.
“Bu vəziyyətdə silahlı hücumların, döyüşün mənası yoxdur. Bəli, rus ordusu çox güclüdür. Amma biz də Ukraynaya ölümcül silahlar göndərə bilərik. Ancaq bu çıxış yolu deyil. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Ona görə də Rusiyaya qarşı etdiyimiz sanksiyaları davam etdirəcəyik”.