Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini qeyri-məqbul və perspektivsiz hesab edir. Musavat.com erməni KİV-ə istinadla bildirir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində söyləyib.
“Biz problemin hərbi həll yolunun qeyri-məqbul və perspektivsiz olduğunu dəfələrlə qeyd eləmişik və həmişə ixtilafın Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar yolu ilə həllində təkid etmişik” – deyib diplomat.
“Biz münaqişə tərəflərini qane edəcək istənilən həll variantını məqbul sayacağıq” - əlavə edib səfir.
Musavat.com