“Yeni Sözçü” qəzetinin bir yaşı tamam oldu. Düz bir il bundan əvvəl soyuq fevral günlərində qəzet köşklərində bir qəzet göründü. Adı kimi, özü də fərqli. Dizaynı original. Elə birinci günündən oxucuların marağına səbəb oldu. Maraqlı təhliləri, şərhləri, barışmaz mövqeyi ilə seçilirdi. Bir il ərzində aydın baxışı , hadisələrə obyektiv yanaşma, operativ müdaxilə qəzeti bir qədər də oxunaqlı edib.Təsadüfi deyil ki, qəzet ilk sayından dərhal sonra məhkəmə çəkişməsinə cəlb olundu. Bu da qəzetin sərt mövqeyindən xəbər verirdi.Düz bir ildi ki, “Yeni Sözçü” mütəmadi olaraq nəşr olunur. Bu günlər ərzində nələri görmədik. Məmur təzyiqi, oxucu marağı,məhkəmə hədələri və s.Hər bir halda qəzet öz üslubuna taktikasına sadiq qalmağa, öz simasını qorumağa çalışmış və inamla demək olar ki, buna nail olmuşdur. Azərbaycan dövlətçiliyinə sadiqlik, nöqsanlara qarşı barışmazlıq, obyektivlik, qarşı tərəfə söz haqqi tanımaq qəzetin təməl prinsipləridir. İnamla demək olar ki, qəzet cəmiyyətimizin bütün sahələrinə nüfuz edir. Həm siyasi, geosiyasi məsələlərdə, həm sosial mövzularda ən dərin qatlara enməyə səy göstərir, çox halda buna uğurla nail olur.”Yeni Sözçü” üçün tabu mövzu yoxdur. Söz azadlığının, insan hüquqlarının yol verdiyi qədər bütün mövzularda gəzişə bilir,söz deməyi bacarır. Bütün hallarda haqqın, ədalətin yanında olmağa çalışır.”Yeni Sözçü”nu fərqləndirən xüsusiyyətlərdən biri hadisələrin arxasinca getmək yox, bəzən hadisələri qabaqlamaq bacarığıdır. Söhbət proqnozlardan gedir.Məsələn, subsidiyalarla bağlı “Yeni Sözçü”nün yanaşması və ya “Aqrolizinq”lə bağlı verdiyimiz proqnozlar özünü doğrultdu. Məsələlərə dövlət başçısının qətiyyətli, obyektiv müdaxiləsi “Yeni Sözçü”nün bu sahədə kifayət qədər haqlı olduğunu göstərdi.
Eyni zamanda siyasi, geosiyasi təhlillərdə də “Yeni Sözçü”nün “öncəgörmələr”i bir daha təsdiq edir ki,qəzet həyatın ritmini tutmaqda hadisələrin sonrakı inkişafının axarını müəyyən etməkdə israrlıdır. Bu peyğəmbərlik iddiaları deyil, sadəcə hadisələrə həssas jurnalist yanaşma tərzindən irəli gəlir.
Hər bir qəzetin arxasında ağır məşəqqətli jurnalist əməyi dayanır. “Yeni Sözçü”nün azsaylı kollektivi də öz kövrək çiyinlərini bu ağır yükün altına inamla verməyi bacarıb. Qəzetin baş redaktoru bəzən korrektura işinə də girişir. Bəzən maliyyə dalınca qaçır, bəzən fotoaparatını götürüb reportaj dalınca harasa tələsir. Bəzən də haqları tapdanmış oxucunu səbrlə dinləməyi bacarır. Bir sözlə, qəzetin nəbzinin ahəngdar döyünməsini təmin edir.
Qəzet mövzu sarıdan qıtlıq çəkmir. Sadə azərbaycanlı həyatından tutmuş dünyanı lərzəyə salmış İŞİD-ə qədər Qarabağ düyünündən tutmuş Ukrayna konfliktinə qədər hər sahəyə toxumnur, fəal jurnalist mövqeyi ortaya qoya bilir.Məhz bunun nəticəsidir ki, bu az vaxt ərzinıə “Yeni Sözçü” xeyli oxucu auditoriyası toplaya bilib. Azərbaycan dövlətçiliyi, Azərbaycanın milli maraqları “Yeni Sözçü”nun fəaliyyətində başlıca prinsipdir desəm səhv etmərəm. Bu mənada dövlətçiliyimizin keşiyində durmaq, vətəndaş mövqeyi “Yeni Sözçü” nün prinsipial mövzularından biridir. Məsələn, islam dininə xələl gətirən, birliyimizi rəxnə salan vəhhabilik, digər oppotunust meyllər qəzetdə araşdırılır, tənqid edilir. Vaxtilə Gülənçilər mövzusu qəzetin aparıcı mövzularından birinə çevrilmişdi. Qəzet peşəkarlıqla bu aktual mövzuya yanaşma nümayiş etdirmiş, xeyli oxucu rəğbəti qazanmışdı. Mədəniyyətimizin təbliği və qorunması kimi aktual mövzularda də xeyli məqalələr dərc olunmuş, kifayət qədər kəsərli publisist düşüncələri qəzet səhifələrində yer tapmışdır. Qocaman jurnalist Firuz Haşımovun milli mənəviyyat, siyasi avantüra ilə bağlı yazıları də xeyli oxucu rəylərinə səbəb olmuşdu.
Qəzet ardıcıl olaraq, Azərbaycan Prezidenti İlham Əlievin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir və təbliğ edir. XX əsrin ən böyük azərbaycanlılarından biri C. Məmmədquluzadə yazırdı: “"Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı"
İnamla demək olar ki, “Yeni Sözçü bu müqəddəs vəzifəni şərəflə yerinə yetirir.