Obama qadağa qoydu

19-04-2014, 11:27   

Barak Obama terrorizm və casusluqda şübhəli bilinənlərə ABŞ vizası verməyi qadağan edən qanun imzalayıb. anaxeber.info-ın məlumatına görə, hətta ABŞ şübhələndiyi şəxslərə BMT nümayəndələri ilə işləmək üçün belə viza verməyəcək.
“ABŞ və onun müttəfiqlərinə qarşı casusluq və terrorizm aktları şübhəsiz ki çətin problemlərdir. Mən konqresin narahatlığını bölüşürəm ki, belə hərəkətlərə yol vermiş şəxslər, ölkəmizə daxil olmaq üçün diplomatiya pərdəsindən istifadə edə bilərlər” - deyə ABŞ prezidenti bildirib.
Obama həm də deyib ki, qanunu bir də nəzərdən keçirəcək. O xəbərdarlıq edib ki, onun geniş şərhi dövlət başçısının müstəsna səlahiyyətlərinin pozulması üçün bəhanə ola bilər. Buna görə o, analoji səbəblərə görə, səfirləri qəbul və rədd etmək haqında özünün konstitusion hüquqlarını məhdudlaşdıran 41-ci prezident olan Corc Buşa (böyük) istinad edib. Bunun qəbulolunmaz və qeyri-praktik qərar olduğunu qeyd edib.
Qeyd edək ki, BMT-nin mənzil qərargahı Nyu-yorkda yerləşir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.