Ukraynanın xalq deputatı Mustafa Cəmil və onun Krım Tatarları Məclisinin sədr müavini Aslan Ömər Krımlını Krıma buraxılmırlar. anaxeber.info-ın məlumatına görə, bunu Krım tatarları Məclisinin mətbuat xidmətinin rəhbəri Leyla Müslümova Facebook səhifəsində paylaşdığı xəbərdə bildirir. Leyla Müslümova bildirib ki, bu dəqiqələrdə Krım Tatarları Məclisinin sədri Refat Çübarovla telefon əlaqəsi yaradıb.
Refat Çübarov bildirib ki, Ukraynanın xalq deputatı Mustafa Cəmil və onun Krım Tatarları Məclisi sədrinin müavini Aslan Ömər Krımlı Kiyevdən Krıma gəliblər. Onların avtomobili Krım materiki ilə olan administrativ sərhəddə saxlanılıb.
Çübarovun sözlərinə görə onaların avtomobilini sərhəddən buraxmırlar. Sərhədçilər Mustafa Cəmilin Krım vətəndaşı olmadığını səbəb göstərirlər. Hazırda 30 avtomobil, əllərində krım tatarlarının milli bayraqları və Ukrayna bayraqlarını tutan insanlar Ukraynanın sərhədində krım tatarlarının lideri Mustafa Cəmil və krım Məclisinin başqanı Refat Çubarovu gözləyirlər.