Elza türk serialını məhkəməyə verdi - VİDEO

14-07-2015, 16:39   

"Star" telekanalında yayımlanan "Çilek kokusu" serialının musiqisinin oğurluq olduğu ortaya çıxıb.

Mahnı ötən il təmsilçimiz Elvin Ordubadlının Tatarıstanda keçirilən "Türkvision" müsabiqəsində səsləndirdiyi "Devlerin yalnızlığı"nın eynisidir. Bəstənin müəllifi, əməkdar artist Elza Seyidcahan məsələ ilə bağlı açıqlama verib. O, filmin yaradıcı heyətini məhkəməyə verəcəyini bildirib:

"Mahnımı oğurlayıblar. Bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram. Mahnıdan istifadə etsinlər, amma niyə müəllifin adı qeyd olunmur? Ya mənə təzminat ödəyəcəklər, ya da müəllif hüquqlarımı qoruyacaqlar. Türkiyəli yazar Ayşe Birgül Yılmazla əlaqə saxlayıb mahnını ona göndərdim. O da təsdiqlədi ki, mənim bəstəmin eynisidir. Bu işlərdə mənə kömək edəcək".

E.Seyidcahan "Devlerin yalnızlığı" mahnısının bir çoxlarının diqqətini çəkdiyini deyib:

"Biz Tatarıstanda olanda müsabiqəyə qatılan bütün münsiflər mahnıya heyran qalmışdılar. Müxtəlif ölkələrdən gələn qonaqlar hamısı bəstənin kimə aid olduğunu soruşurdu. Çox maraqlı musiqisi var. Elvini yarışda səkkizinci edən də mənim bəstəm oldu. 24 ölkənin TMB telekanalının rəhbərləri bilirlər ki, bu, Elza Seyidcahanın mahnısıdır".(axsam.az)[media=https://www.youtube.com/watch?v=85ntKK6pMIQ]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.