Manyakdan müğənniyə təhdid- “Öldürəndən sonra rahatlaşacam”

14-07-2015, 20:30   
Manyakdan müğənniyə təhdid- “Öldürəndən sonra rahatlaşacam”
Amerikalı müğənni Rihanna manyak tərəfindən şantaj edilir.


“Qafqazinfo” spletnik.ru-ya istinadən xəbər verir ki, sözügedən şəxs tvitterdə “Rihanna üçün” səhifə açaraq paylaşımlar etməyə başlayıb. Rihannanı yazılarıyla hədələyən manyak sənətçinin evinin qarşısında foto paylaşıb, əlindəki silahla onu öldürəcəyini qeyd edib. Sənətçini öldürdükdən sonra rahat olacağını yazan şəxs barədə polis iş başına keçib.

“Rihannanı öldürəndən sonra rahatlaşacam” başlıqlı foto sonra tvitter hesabından silinib.

Polis həmin şəxs barədə axtarışa başlayıb.

Qeyd edək ki, həmin şəxs pop ulduzun keçmiş sevgililəri Kris Braunu və Cey Zini də təhdid etmişdi.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.