“Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmovun evi yanıb.
Axşam.az-ın lent.az-a istinadən xəbərinə görə, bu barədə ifaçının özü məlumat verib:
“Qısaqapanmadan evimiz yanıb kül oldu. Bir corab belə çıxara bilmədik. Bütün əşyalarımız yandı. Bu da mənim yay istirahətim”.
Qeyd edək ki, Kürdəmir rayonu, Yenikənd kəndində yanan ev ifaçının ata yurdudur.