TürkiyəninMədəniyyət və Turizm naziri Ömər Çəlik koalisiya ilə bağlı CHP liderinin köməkçisi Haluk Koçla bir araya gələcək. Axar.az xəbər verir ki, görüş bu gün Türkiyə vaxtı ilə saat 11:00-da baş tutacaq. Görüş zamanı koalisiya hökuməti ilə bağlı ortaq maddələrin müzakirə ediləcəyi bildirilir. Qeyd edək ki, bir müddət öncə məlum məsələ ilə əlaqədar AKP lideri Əhməd Davudoğlu CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşmüşdü.