Tanınmışların istirahət sərgüzəştləri - sorğu

22-07-2015, 11:38   

Sənət aləminin tanınmış simaları istirahət planlarından və səyahət zamanı başlarına gələn maraqlı hadisələrdən danışıblar.

Axşam.az “Onlar” verilişinin apardığı həmin sorğunu təqdim edir:

Xalq artisti Firəngiz Mütəllimova - Bu il yay istirahətinə gec başladım. Başım universitetdə imtahanlara qarışmışdı. Yaxınlarımla birlikdə bir ay Azərbaycanı gəzəcəm. Ondan sonra xaricə getməyi düşünürəm. İstirahətdə olanda ancaq taksi sürücüləri ilə davam yadımda qalıb. Harasa gedəndə sürücü turistdən çox pul almaq üçün getdiyi ünvana düz aparmır, bütün şəhəri fırladır. Mən düşəndə gedəcəyim yola uyğun pul verirəm. Beləcə, dava düşür.

Müğənni Aysel Əlizadə - Ötən il istirahətim pis keçdi. Səsim batmışdı, xəstələndim. İstirahətə ayırdığım müddəti müalicəyə sərf etdim. Həmişə İstanbula gedirdim. Bu il İspaniya və ya Maldivdə dincəlməyi planlaşdırıram.

Müğənni Elvin Abdullayev – Bir dəfə dostlarla dincəlməyə getdim. Daha sonra isə ailəmlə yollandım. Batumi və Trabzonda olduq.

Müğənni Sevda Yahyayeva – İstirahət deyəndə məni ağlamaq tutur. Avqustda konsertim olacaq. Bu il onla məşğulam. Vaxtım olsa, hər ay bir ölkəni gəzərəm. Dostlarla səyahətə getməyi çox sevirəm. Bir dəfə Amerikaya gedəndə hava sərt idi. Buluda düşdü, təyyarə düz yox, üzü aşağı gedirdi. Necə qışqırdımsa, sərnişinlər mənə baxdı. Rəngim qaralmışdı.

Müğənni Rəhim Rəhimli – On ildir iyunun 1-də Bakını tərk edir, sentyabrda qayıdıram. Bu il işlərimin çoxluğuna görə alınmadı. İyuldur hələ də dincəlməyə getməmişəm. Həmişə 3 ay dincəlirdim, indi cəmi 10 gün olacaq. Bodruma gedəcəm, oranı çox sevirəm.

Müğənni Yaşar Yusub – Yayda heç işləmək istəmirəm. Bu il avqustda dincələcəm. Dubayı çox sevirəm. İndi ora çox isti olduğu üçün Antalya və ya Kəmərə gedəcəm. Sənət dostlarımızla uzun yol gedirdik. Hamı yatdı, çay içdi, baş qatmağa heç nə yox. Uzun yol, darıxırıq. Bütün sənət dostları yığışdıq bir yerə. Biri meyxana deyir, biri oxuyur. Təyyarədəkilər təəccüblənmişdi ki, ayaqüstə dayanmaq olmaz, bunlar nə edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.