Gənc müğənnilər Günay İbrahimli və Sevda Yəhyayeva bu gün çimərlikdə birgə istirahət ediblər. Publika.az xəbər verir ki, Xəzər sahilində günəşlənərkən şəkil çəkdirən müğənnilər fotolarını sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, bu şəkillərdə diqqət çəkən məqam onların günəşlənməsindən daha çox, harda istirahət etmələridir. Belə ki, yerli müğənnilərimiz, adətən, dəniz mövsümünü Bakıda deyil, əcnəbi ölkələrdə istirahət etməyə üstünlük verirlər. Buna səbəb isə onların kompleksidir. Şəhərimizdə tanındıqları üçün diqqət mərkəzində olan müğənnilər ətrafdakıların dedi-qodusu, telefonla onları çəkmələrindən narahatlıq keçirirlər. Bu iki müğənni isə Xəzər sahilində, tanındıqları ortamda dincəlməkdən qətiyyən narahat olmurlar.
Publika.az hər iki müğənnimizin çimərlikdən fotolarını təqdim edir.
İsa